Artseeds MMC-nin əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi "Growtech" sərgisində iştirak edib. Sərgi Noyabr ayının 18-dən 21-ə qədər 4 gün müddətində davam edib. Sərgidə əksəriyyəti Türk şirkətləri olmaqla, orta Asiya, uzaq şərq, Avropa və Şimali Amerikanın bir çox nüfuzlu şirkətləri iştirak edib. Sərgidə şirkətlər kənd təsərrüfatının bütün sahələrinə dair məhsulları qonaqlara nümayiş edib. Burada Həm toxumlar, həm tinglər, həm aqrokimyəvi maddələr, həm texnikalar, həm də cihazlar sərgilənib. Artseeds MMC də öz növbəsində daxii bazar üçün uyğun məhsulları olan şirkətlərlə görüşüb, uğurlu danışıqlar aparıb. İşgüzar səfərlər axşam yeməyi ilə sona çatıb.
Yaranma Tarixi: 09:12:2025 15:17:18
13