Artseeds MMC-nin əməkdaşları Aqrar Xidmətlər Agentliyinin “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda keçirilən konfransda iştirak edib.

22 Oktyabr 2025-ci ildə Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfrans keçirilib. Konfransa Artseeds MMC də dəvət ilə qatılıb. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri və toxumçu fermerlər iştirak ediblər. Müzakirələrdə toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə və bu sahədə yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində keyfiyyətli toxumun əhəmiyyəti və toxumçuluğun inkişafı ilə bağlı videoçarx nümayiş olunub, bu sahədə yüksək peşəkarlıq göstərən və aqrar sektorun inkişafına töhfə verən toxumçulara sertifikatlar təqdim edilib. #artseeds #chloris #superqida #sağlamqidaüçün #aqrarxidmətləragentliyi #AXA #KTN #kəndtəsərrüfatınazirliyi #FAO

Yaranma Tarixi: 06:11:2025 23:31:36

30