ToBRFV nədir?

Virus haqqında. Ən bəsit və mikroskopik canlı orqanizmlər olan viruslar, yalnız canlı orqanizmlərin hüceyrələrində çoxalıb, artırlar. Sərbəst şəkildə süst vəziyyətində qalır və heç bir həyat fəaliyyətləri olmur. Viruslar bütün canlı orqanizmlərdə, insan, heyvan, bitki, təkhüceyrəli mikroorqanizmlərdə, hətta bakteriyalarda belə olur. Latınca mənası "zəhər" deməkdir. Canlının məqsədi yalnız, hər-hansı bir canlının hüceyrəsinə daxil olub özünün minlərlə eyni nüsxəsini sürətlə yaratmaqdır. Viruslar digər orqanizmlərdə olduğu kimi bitki hüceyrələrinə də daxil olaraq xəstəliklər yarada bilir. Elmə ilk məlum olan virus 1898-ci ildə Tobacco Mosaic Virus (TMV)- tütün mozaikası virusudur. Daha gec öyrənilməsinin səbəbi çox kiçik olduğundan müşahidələrin aparıla bilməməsidir. Elektron mikroskop kəşf olunduqdan sonra, tütün mozaikası virusu araşdırmasında daha çox faktları aşkarlaya bilən Wendell Meredith Stanley adlı alimə 1946-ci ildə elmə verdiyi tövhələrinə görə Nobel mükafatı verilmişdir. İlk dəfə tütün bitkisinin kökündə müşahidə edildiyinə görə adını da elə tətbiq olunduğu itkidən götürüb. Buna baxmayaraq xiyar, pomidor, badımcan, bibər və başqa bitkilərdə də olur. Tütün mozaikası dünyada kənd təsərrüfatına ən çox zərər verən virusdur. Belə ki, hər il ölçülən zərərin dəyəri 60 milyard ABŞ dollarıdır. ToBRFV haqqında. Ən müasir və sürətlə yayılan viruslardan biri də ToBRFV-dır (Tomato Brown Rugose Fruit Virus). 2014-cü ildə ilk dəfə İzraildə və 2015-ci ildə İordaniyada ard-arda müşahidə olundu. Pomidor və bibər hüceyrələrində çoxala bilən bu virusun yaydığı xəstəliyin əlamətləri şitildən başlayaraq meyvə və yarpaqların üzərində qonur rəngli qırışlı ləkələrin olmasıdır. Ən qısa zamanda karantin elan olunmamış İzraildən bütün Avropaya yayıldı. Ən şiddətli nəticə Almaniyada, 25 hektarlıq pomidor istixanasında müşahidə edildi. Daha sonra isə İtaliyanın müxtəlif bölgələrində bütün pomidor istixanalarında yayıldı. 2018-ci ildə Şimali Amerikada virus aşkarlandı və həmin il Amerika Birləşmiş Ştatlarının 20 ştatında pomidor və bibərə ciddi zərər vurdu. Hətta Meksikada virus ilk dəfə badımcanda tapıldı. 2019-cu ildə isə Türkiyə və Çin daxil olmaqla hər yerdə müşahidə olunmağa başlandı. Bu günə qədər ToBRFV-yə davamlı heç bir sort müəyyən edilməmişdir. Virus mexaniki vasitələrlə asanlıqla ötürüldüyündən, epidemiyalar aşkar edildikdə təsirləri azaltmaq üçün ən yaxşı üsul gigiyenadır. Virus müxtəlif səthlərdə uzun müddət yaşaya bilər - dəri və əlcəklərdə ən azı 2 saat, sərt plastiklərdə ən azı 3 saat və şüşə, alüminium və paslanmayan poladda ən azı 1 ay. Virkon S və Huwa-San dezinfeksiyaedici maddələr əksər səthlərdə təsirli olur, lakin yalnız bir saat tətbiq olunduqdan sonra. Plastik qablar virusu yox etmək üçün isti suda 90 °C 5 dəqiqə isladıla və sonra Virkon ilə dezinfeksiya oluna bilər. 2020-ci ilin oktyabr ayında Enza Zaden pomidor yetişdirmə komandasının ToBRFV-yə yüksək rezistantlıq göstərən bir geni müəyyən etdiyini açıqladı. Onlar yaxın illərdə belə müqavimətə malik pomidor sortlarını seleksiya edərək, dayanıqlı toxum əldə edəcəklərini bildiriblər. #artseeds #chloris #superqida #sağlamqidaüçün #bloq #virus #ToBRFV

Yaranma Tarixi: 04:11:2025 23:51:18

30